Əsas Səhifə > Ana xəbər / Güney Press > SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunub
SOCAR-ın sabiq maliyyə direktoru rus-hind neftayırma şirkətinə rəhbər təyin olunubBu gün, 08:58 |
Sanksiyalara məruz qalan və qismən Rusiyaya məxsus olan Hindistanın Nayara Energy neftayırma şirkəti rəhbər dəyişikliyi edib. Banker.az xəbər verir ki, artan əməliyyat çətinlikləri fonunda şirkətin baş direktoru vəzifəsinə neft sektorunun təcrübəli mütəxəssisi, SOCAR-ın sabiq maliyyə direktoru Teymur Abaskuliev təyin olunub. O, sentyabr ayından etibarən vəzifəsinin icrasına başlayacaq. Şirkətin əvvəlki rəhbəri Alessandro des Dorides isə iyul ayında istefa verib. Bu qərar Avropa İttifaqının Rusiyaya qarşı sonuncu sanksiyalar paketində Nayara Energy-ni qara siyahıya salmasından sonra verilib. Geri qayıt |