Əsas Səhifə > Ana xəbər / Güney Press > Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblər
Ruslar Səfərov qardaşlarını öldürüb, cinsiyyət orqanlarını kəsiblərBu gün, 06:22 |
Musavat.com xəbər verir ki, Yekaterinburqda keçirilən xüsusi əməliyyat zamanı həlak olan azərbaycanlı qardaşlar Ziyaddin və Hüseyn Səfərovla bağlı yeni, dəhşətli faktlar ortaya çıxıb. Rusiya mediasının, xüsusilə də “Proyekt” nəşrinin yaydığı məlumata görə, saxlanıldıqdan sonra qardaşların üzərində təhqiredici davranışlar törədilib. Kremllə yaxın mənbə bildirib ki, onların cinsiyyət orqanları kəsilmiş vəziyyətdə aşkarlanıb. Digər mənbələr isə işgəncələrin ölümündən əvvəl, yoxsa sonra baş verdiyi barədə dəqiq söz deməsələr də, zorakılığın açıq şəkildə mövcudluğunu təsdiqləyiblər. Bu fakt yalnız adi cinayət deyil – açıq-aşkar vəhşilikdir, düşmənçilikdir, Azərbaycana qarşı əxlaqsız və alçaldıcı bir mesajdır. Rusiya dövlətinin hüquq-mühafizə sistemi illərdir miqrantlara qarşı qəddar münasibəti ilə tanınır. Bu hadisə bir daha sübut edir ki, Kremlin nəzarətində olan strukturlar miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı qeyri-insani davranışları adi hala çeviriblər. Qanunların işləmədiyi, polis zorakılığı və işgəncənin normal qəbul edildiyi bir ölkədə azərbaycanlıların həyatları böyük risk altındadır. Bu faciə həm də Azərbaycan dövləti üçün siqnal olmalıdır. Minlərlə ailə dolanışıq üçün Rusiyada çalışır, lakin onların həyat və hüquqları heç bir təminat altına alınmır. Azərbaycan bu kimi hadisələrə daha sərt reaksiya verməli, diplomatik kanallar vasitəsilə məsələni qaldırmalı və soydaşlarının hüquqlarının qorunması üçün açıq tələblər irəli sürməlidir. Yekaterinburqda baş verənlər yalnız Səfərov qardaşlarının faciəsi deyil – bütün azərbaycanlılara verilən mesajdır: Rusiyada azərbaycanlı olmaq həyat üçün riskdir. Bu, vəhşiliyin və insanlıqdan uzaq münasibətin bariz göstəricisidir. Musavat.com xatırladır ki, Rusiya hüquq-mühafizə orqanlarının və Uralda həyata keçirilən ekspertizanın nəticələrində Səfərov qardaşlarından birinin ürək tutmasından vəfat etdiyi, digərinin isə ölüm göstəriciləri ilə yanaşı cinsiyyət orqanından qanaxma detalının qeydə alındığı göstərilmişdi. Bütün bunlar şübhəyə əsas verir ki, qardaşlar öldürülməmişdən əvvəl amansız işgəncələrə məruz qalıblar. Azərbaycanın həyata keçirdiyi təkrar ekspertiza onların bədənində çoxsaylı xəsarət izlərini müəyyən edib. Bu isə ehtimalı gücləndirir ki, Səfərov qardaşlarının cinsiyyət orqanları ölümündən əvvəl işgəncə və sındırma məqsədilə kəsilib. Musavat.com Geri qayıt |