Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi?

Dövlət qurumunun təmir tenderi niyə ləğv edildi?


Bu gün, 10:34

Respublika Dövlət Elmi Tibb Kitabxanası tərəfindən elan olunmuş tender ləğv edilib.

"DİA-AZ" xəbər verir ki, sözügedən tender “Cari təmir işlərinin satın alınması” ilə bağlı elan edilmişdi. Tender müsabiqəsi 30 iyul 2025-ci il saat 13:15-də dərc olunmuşdu. Təkliflərin qəbulu və zərflərin açılışı 21 avqust 2025-ci il saat 13:00-da baş tutmalı idi. Ehtimal olunan qiymət isə 6 640 manat olaraq müəyyənləşdirilmişdi.

Lakin müsabiqə üzrə satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, həmçinin tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olduğu üçün (36.1.1-ci maddəyə əsasən) tender ləğv edilib.


Geri qayıt