Əsas Səhifə > Ana xəbər / Güney Press > "Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır...
"Pitstop"a üz tutanda `STOP` desəniz, yaxşıdır...Bu gün, 09:48 |
Bakıda yerləşən "Pitstop" avtoservis barəsində şikayət var. Belə ki, Sonxeber.az -a müraciət edən İslam Qəniyev adlı vətəndaş bildirir ki, servis onu zərərə salıb daha sonra isə həmin zərəri qarşılamaqdan boyun qaçırıb: "Üç ay əvvəl avtomobilimi cəmi 50 manatlıq nasazlığa görə servisə təhvil vermişdim. Orada xərci 3300 manata çıxardılar. Mən 3000 manat ödədim, amma maşını təmir etmək əvəzinə daha da xarab etdilər. Bununla bağlı polisə müraciət etdim. Bundan sonra isə xarab ehtiyat hissələri ilə avtomobili guya təmir edib mənə qaytardılar.
Bunu "Pitstop"un müdirinə bildirdim, amma o mənə ‘bizlik deyil’ cavabını verdi. Artıq başa düşmüşəm ki, onlar məni sadəcə yola verirlər və zərərimi qarşılamayacaqlar" Sözügedən servislə əlaqə saxladıq. Lakin suallarımıza daha sonra cavab verəcəklərini bildirdilər. Geri qayıt |