Əsas Səhifə > Ana xəbər / Güney Press > 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur?

12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Cavid Səfərov Alay Komandiri təyin olunur?


Bu gün, 15:49

Redaksiyamıza daxil olan məlumata əsasən, 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi vəzifəsini icra edən ədliyyə polkovnik-leytenantı Cavid Səfərovun Alay komandiri vəzifəsinə təyin ediləcəyi gözlənilir. 

Məsələ ilə bağlı sosial şəbəkələrdə və yerli Telegram kanallarında yayılan məlumatlar da bu ehtimalı gücləndirir. Lakin məsələ ilə bağlı rəsmi mövqe öyrənmək üçün Ədliyyə Nazirliyinə müraciət edilib.

Ədliyyə Nazirliyindən mətbuatın sorğusuna verilən rəsmi cavabda bildirilib ki, hazırda Alay komandiri vəzifəsinin icrası müvəqqəti olaraq qərargah rəisi Vüqar Novruzova tapşırılıb.

Nazirlik həmçinin qeyd edib ki, Alay komandirinin daimi təyinatı birbaşa Ədliyyə nazirinin səlahiyyətinə daxildir və bu məsələ ilə bağlı hər hansı açıqlama verə bilməzlər.

Qeyd edək ki, Cavid Səfərovun adı daha öncə də bir sıra islahatlarla gündəmə gəlmişdi. Onun nizam-intizam və idarəçilik sahəsindəki təcrübəsi nəzərə alınaraq, rəhbər vəzifəyə gətirilməsi ehtimalı real görünür.
Bakunews.az



Geri qayıt