Əsas Səhifə > Ana xəbər / Güney Press > Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdiBu gün, 16:13 |
Fövqəladə Hallar Nazirliyində növbəti kadr dəyişikliyi baş tutub. Manset.az-ın əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Bakı alayının qərargah rəisi, mayor Toğrul Mehdiyev tutduğu vəzifədən azad edilib. Nazirin digər əmri ilə o, həmin idarənin Çevik Xilasetmə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Toğrul Mehdiyev peşəkar xilasedici kimi tanınır. O, 2017-ci ildə Tufan Dağı istiqamətində itkin düşmüş alpinistlərin axtarışında fəal iştirak edib. Həmçinin, FHN-in futbol komandasında kapitandır, bir çox medallar və ordenlərlə təltif olunub. Geri qayıt |