Əsas Səhifə > Ana xəbər / Güney Press > Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib

Ömürlük həbsdə olan Mübariz Niyazovun səhhəti pisləşib


Bu gün, 15:34

Ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Mübariz Niyazovun səhhəti kəskin pisləşib və hazırda Müalicə Müəssisəsindədir.

Bu barədə onun yaxınları Gununsesi.info-ya bildirib.

Yaxınlarının sözlərinə görə, səhhətində çoxsaylı problemlərdən əziyyət çəkən Mübariz Niyazov bugünə kimi 4 dəfə cərahiyyə əməliyyatı keçirib.

“Artıq 26 ildir ki, həbsdədir. Nəvələri olub, onların üzünə həsrət qalıb. Son 10 ilini isə onkoloji xəstəliklə mübarizəyə həsr edib. Milli Onkologiya Mərkəzində 4 dəfə cərahiyyə əməliyyatı keçirib. Ağır şəkər xəstəliyindən əziyyət çəkir. Sonuncu dəfə şok keçirib. Onun səhhətinin ağır olmasını Ədliyyə Nazirliyi də bilir” deyə yaxınları bildirib.

Yaxınları deyib ki, Mübariz Niyazovun azadlığa buraxılması üçün Prezidentə, Əfv komissiyasının ayrı-ayrı üzvlərinə çoxsaylı müraciətlər də edilib.

Onlar növbəti əfv fərmanında Mübariz Niyazovun azadlığa çıxacağına inandıqlarını deyib.


Geri qayıt