Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilib
Azərbaycanda şirkətlər qrupuna yeni direktor təyin edilibBu gün, 09:43 |
Azərbaycanda qida sənayesində fəaliyətdə olan “AgroTrade Supply” MMC-nin (ATS) direktoru dəyişdirilib. Banker.az xəbər verir ki, Röyal Camalov Vəkil oğlu şirkətin direktoru təyin edilib. O bu vəzifədə Maşallah Tağıyev Saleh oğlunu əvəz edib. Röyal Camalov buna qədər şitətin maliyyə direktoru idi. Bundan öncə “Səba” ASC və “Sumqayıt Texnologiyalar Parkı” MMC-də müvafiq sahə üzrə çalışıb. Xatırladaq ki, ATS 2021-ci ildə təsis edilib və 77.65 milyon manat nizamnamə kapitalı var. “ATS Food” MMC ölkənin qida istehsal edən şirkətlərindən iri “Delta Group Co.” MMC-nin ikiyə bölünməsindən sonra yaradılıb. Şirkətin kapitalı iki hissəyə bölünməklə, onun yarısını “AgroTrade Supply” MMC satın almışdı. ATS ölkədə aqrar-sənaye sektorunda fəaliyyət göstərən, fermerlərlə əməkdaşlıq edən, alıcılara kənd təsərrüfatı və ərzaq məhsulları təklif edən bir şirkətlər qrupudur. Şirkətin missiyası bölgələrdə dənli və dənli paxlalı bitkilərin istehsalı və emalı sahələrini inkişaf etdirməkdir. ATS-in strukturuna un dəyirmanı, kombinə edilmiş qüvvəli yemlər zavodu, soya emalı zavodu, 2 çörək zavodu, unlu və qənnadı məmulatları fabrikləri daxildir. Bundan başqa ATS Qrup 11 min hektarda kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olur. Geri qayıt |