Əsas Səhifə > Ana xəbər / Güney Press > "Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcu
"Bazarstore" mağazalarında 1 milyondan çox vergi borcuBu gün, 07:16 |
"Azərsun Holdinq" MMC-nin tərkibində fəaliyyət göstərən "Bazarstore" mağazalar şəbəkəsi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) apardığı operativ vergi nəzarəti nəticəsində cərimələnib. 32gun.az-ın əldə etdiyi məlumata görə, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması ilə bağlı tərtib edilmiş AKT-a əsasən, "Bazarstore" MMC-yə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Nəzarət tədbiri zamanı pul hesablaşması zamanı qanun pozuntusuna yol verildiyi müəyyən olunub. Əldə olunan digər məlumata görə, şirkətin hazırda 11.917,01 manat məbləğində vergi borcu var. Qeyd edək ki, "Bazarstore" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 1129-cu məhəllə ünvanında yerləşir. Şirkətin qanuni təmsilçisi Ebrahim Samadidir.
32gun.az-ın əldə etdiyi digər məlumata görə, "Bazarstore"nin Gəncə şəhərində fəaliyyət göstərən filialının ("Gəncə Bazar Store" MMC) isə vergi borcu 1 milyon manatı keçib. Bu borc 1.115.693,34 manat təşkil edir. Məlumata görə, Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən Gəncə filialında da yoxlamalar aparılıb və nöqsanlar aşkarlanıb. Yoxlama nəticəsində, Pul vəsaitinin uçotdan gizlədilməsi və malların qaimə-fakturasız alınması ilə bağlı 1038 manat, Fiziki şəxslərlə əmək müqaviləsi olmadan işə cəlb edilmə faktına görə isə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq olunub.
Geri qayıt |