Əsas Səhifə > Ana xəbər / Güney Press > Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib?
Siyəzən İcra Hakimiyyəti bir ildə yolların təmirinə nə qədər pul xərcləyib?Bu gün, 11:25 |
Siyəzən rayon İcra Hakimiyyəti daha bir tender keçirib. Tribunainfo.az xəbər verir ki, Siyəzən şəhərinin şəhərdaxili yollarının əsaslı təmirini əhatə edən işlərin görülməsinə 550 min 2 manat xərclənəcək. Məlumatda deyilir ki, tenderinq alibi “İS.M.M.” MMC olub. Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, son bir ildə Siyəzən İcra Hakimiyyəti şərhəin yollarını təmiri və abadlıq işlərinə heç də kiçik olmayan məbləğdə pullar sərf edib. Məsələn, ötən ilin 28 dekabrında İcra Hakimiyyəti Siyəzən şəhərinin küçə və məhəllələrində görüləcək abadlıq işləri ilə əlaqədar “VEDİBASAR İNŞAAT” MMC ilə 300 min 901 manatlıq müqavilə bağlayıb. 23.12.2024-ci il txridə isə Siyəzən İcra Hakimiyyəti şəhərdaxili yollarının əsaslı təmir işlərini həyata keçirib. Bu məqsədlə “RASH.M.M.TRADE AND SERVICES-2020” MMC ilə müqavilə bağlayıb. Onun dəyəri isə 604 min 386 manat təşkil edib. Xatırladaq ki, Siyəzinin icra başçısı Novruz Novruzovdur. O, 2019-cu ildən rayaona başçılıq edir. Geri qayıt |