Əsas Səhifə > Ana xəbər / Güney Press > İran hər yerə BURUN SOXA BİLƏRMİŞ...

İran hər yerə BURUN SOXA BİLƏRMİŞ...


Bu gün, 12:31

Başqa dövlətin daxili işlərinə qarışmaq necə olur? Deməli, İranın ali dini lideri Əli Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti Tehranda Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyanla görüşündə Vaşinqton razılaşmasını nəzərdə tutaraq “İran öz təhlükəsizliyinə qarşı heç bir addıma dözməyəcək” fikrini səsləndirməklə İrəvana xəbərdarlıq edib.
 Mövzunu davam etdirən Vilayəti erməni diplomata deyib ki, “regionun taleyini müstəsna olaraq region ölkələri həll etməlidir”. Vilayəti daha “irəli” gedərək “Ermənistanın baş naziri Azərbaycan Prezidenti ilə Ağ Evin sahibi Donald Trampın vasitəçilyi ilə ortaq bəyanata imza atmamalıdı idi” fikrini də söyləyə bilərdi. Bir dəfə həmin Vilayətinin vasitəçiliyi Azərbaycan və Ermənistanın keçmiş liderləri Tehranda ortaq bəyanata imza atdılar, bir gün sonra Şuşa işğal olundu. Daha Sizin “məsləhətlərə” qulaq asacaq halımız yoxdur.
Vilayəti Cənubi Qafqaz ölkələrinin daxili işlərinə qarışarkən, bir başqa iranlı rəsmi Livana gedərək bu ölkəyə “ağıl” qoymağa çalışıb. Livan dövləti ölkədəki qanunsuz silahlı qrupları, o cümlədən “Hizbullah” təşkilatını tərksilah etməyə qərar verib. Bu Livanın müstəsna hüququdur. Çünki, bu qruplaşma tərksilah olunmayınca İsrail Livana istənilən an yenidən hücum edə bilər. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani isə Beyrutda görüşdüyü Livan Prezidenti Cozef Aundu inandırmağa çalışıb ki, “Hizbullah” təşkilatını tərksilah etməyin. Bu İranın Livanın daxili işlərinə qarışması deyil, bəs nədir? Livan Prezidenti Əli Larincaniyə açıq deyib ki, bizim daxili işlərə qarışmayın, ölkədə qayda-qanun yaradılmalıdır. Müharibələr, sanksiyalar İrandakı mühafizəkar dairələrə dərs olmur.
Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt