Əsas Səhifə > Ana xəbər / Güney Press > ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma

ƏƏSMN bir gündə eyni şirkətə iki tender verdi: Naxçıvanda 635 minlik anlaşma


Bu gün, 12:24

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bir gündə iki tenderin nəticəsini açıqlayıb. Tribunainfo.az xəbər verir ki, nazirlik bu müsabiqə ilə Culfa və Şahbuz rayonlarındakı şöbələrini təmir etdirəcək.

Qeyd edək ki, hər iki tenderin qalibi eyni şirkət olub. Belə ki, “CONSTRUCTION BUSINESS GROUP” MMC Culfa şəhəri Dövlət Sosial Müdafiə Fondunun şöbəsinin inzibati binasının əsaslı təmiri işlərinə görə 434 min 158 manat alacaq. DSMF-nin Şahbuz rayon şöbəsinin inzibati binasının əsaslı təmiri işlərinin satın alınmasına görə isə şirkət nazirlikdən 205 min 972 manat əldə edəcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Construction Business Group” MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1120 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Axundov Yusif Səfa oğludur.

Onu da vurğulayaq ki, Yusif Axundov MMC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. O, bundan əvvəl “Akkord” şirkətində çalışıb.

“Consturction Business Group” MMC-nin təsisçisi Elmir Babayevdir.


Geri qayıt