Əsas Səhifə > Ana xəbər / Güney Press > Qurban Məmmədovun istintaqı başa çatdı
Qurban Məmmədovun istintaqı başa çatdıBu gün, 09:45 |
Londonda mühacir kimi yaşayan Qurban Məmmədovun barəsində olan qiyabi icraat üzrə cinayət işinin ibtidai istintaqı başa çatıb. Teleqraf-ın əldə etdiyi xəbərə görə, Q. Məmmədovun barəsində olan cinayət işi üzrə istintaq avqustun 11-də tamamlanıb. Q. Məmmədov və onun vəkilinə hüquq və vəzifələri izah edilib. Onlara 2025-ci il avqustun 20-dan etibarən cinayət işi ilə tanış olması üçün vaxt məhdudiyyəti qoyulmadan Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasında şərait yaradılacaq. Ona izah edilir ki, istintaqa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən barəsində qiyabi icraat üzrə iş məhkəməyə göndərilə bilər, məhkəmənin qiyabi hökmü və ya digər yekun aktının çıxarılması ilə nəticələnə bilər. Bu prosessual tədbirlər başa çatdırıldıqdan sonra cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. Qeyd edək ki, Qurban Məmmədov Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə təqsirləndirilir. Bundan başqa, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.06.2019-cu il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 20.12.2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 214-2, 220.2 və 284.2-ci maddələri ilə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərar qəbul edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 13.03.2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan cinayət işinə birləşdirilərək vahid icraatda ibtidai istintaq davam etdirilir. İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 13 mart 2025-ci il tarixdə Məmmədov Qurban Cəlal oğluna Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb. Geri qayıt |