Əsas Səhifə > Ana xəbər / Güney Press > Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı

Əliyevin Vaşinqtondakı qələbəsini etiraf etdilər: Zəngəzuru aldı


Bu gün, 09:37

Avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli danışıqlarında Bakı böyük üstünlüklə qalib gəldi, burada ikinci şərh ola bilməz.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın “Joqovurd” qəzeti yazıb.

Erməni nəşri bildirib ki, Azərbaycan Vaşinqton razılaşması ilə aşağıdakıları əldə edib:

- ABŞ vasitəsilə Ermənistan üzərindən keçən dəhliz (Zəngəzur)

- Qarabağ ermənilərinin geriqayıdışı səhifəsini bağlayan ATƏT-in Minsk qrupunun ləğvi

- Avropa İttifaqının müşahidəsi missiyasının Ermənistanı tərk etməsi

- Azərbaycana qarşı ABŞ-nin yardımlarını məhdudlaşdıran “907-ci düzəliş”in ləğvi

- Azərbaycanın ərazi bütövlüyünün tanınması

- Azərbaycana qarşı bütün beynəlxalq iddiaların geri götürülməsi

“Bəli, Ermənistan Vaşinqtonda Azərbaycana dəhliz verdi. Paşinyanın tərəfdarları bunu “dəhliz” adlandırmaqdan çəkinirlər və onu müxtəlif adlar altında təqdim edirlər. Amma fakt budur ki, biz 99 il müddətinə icarəyə verilmiş suveren əraziyə (Zəngəzur dəhlizi) nəzarətimizi itirdik. Beləliklə, Azərbaycan maneəsiz yol əldə etdi”, - mənbə qeyd edib.

Həmçinin nəşr əlavə edib ki, Vaşinqtonda müqavilənin geri götürülməsini mümkünsüz edən bənd də imzalanıb.


Geri qayıt