Əsas Səhifə > Ana xəbər / Güney Press > Cənubi Qafqazda Rusiyaya yer yoxdur: “Oyun qaydaları” dəyişir
Cənubi Qafqazda Rusiyaya yer yoxdur: “Oyun qaydaları” dəyişirBu gün, 04:49 |
Gürcüstan Prezidenti Mixail Kavelaşvili türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib ki, rəsmi Tbilisi Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə verməyə davam edəcək. Əvvəl də dediyimiz kimi, avqustun 8-də ABŞ-də Azərbaycanla Ermənistan arasında əldə olunan razılıqlar regionda tamamilə yeni reallıqlar yaratdı. Bu, Gürcüstanın maraqlarına cavab verir. Birincisi, ona görə ki, Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması bir region ölkəsi kimki Gürcüstanın da maraqlarına uyğundur. Sözsüz ki, bundan sonra bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaq. Rəsmi Tbilisi də bu fürsətlərdən istifadə edəcək. İkinci bir tərəfdən, Vaşinqtonda imzalanan sazişlə ABŞ-nin Cənubi Qafqazdakı təsir imkanları xeyli artdı. Eyni zamanda Rusiya “rıçakları” azaldı. Bu, rəsmi Tbilisiyə Qərbə inteqrasiyanı sürətləndirmək üçün fürsətdir. Gürcüstan regiondakı vəziyyətdən istifadə edərək gələcəkdə Rusiyanın təsirindən tam çıxa və güclənə bilər. Bu isə rəsmi Tbilisiyə özünün ərazi bütövlüyü uğrunda mübarizəyə başlamaq üçün şərait yarada bilər. Siyasi şərhçi Kənan Novruzov, Sitat.info Geri qayıt |