Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIB
Azərbaycandan aparılan Nəcməddin Sadıkov NƏDƏN RUSİYAYA QAYTARILIBBu gün, 14:47 |
Məşhur “Middle East Eye” portalında Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan sülh razılaşması barədə yazı dərc olunub. “DİA-AZ” xəbər verir ki, portalın Türkiyə bürosunun rəhbəri Ragıp Soylunun müəllifi olduğu yazıda Rusiyanın Ermənistanla Azərbaycan arasında sözügedən razılaşmaya mane ola bilib-bilməyəcəyi sualı qaldırılıb. Türkiyəli jurnalist, həmçinin məqalədə Türkiyənin 44 günlük müharibədə Azərbaycana göstərdiyi dəstəkdən bəhs edib. O bildirib, İkinci Qarabağ müharibəsi dövründə Ankara Azərbaycana döyüş PUA-ları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları göndərməklə yanaşı, Azərbaycan ordusunun sıralarında Rusiyapərəst elementləri aşkar edərək sıradan çıxarmaqda da iştirak edib. Qeyd edilib ki, bu şəxslərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin o vaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur. Belə ki, məlumata əsasən, 2020-ci ildəki 44 günlük müharibə zamanı Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib. Məsələ ilə tanış olan mənbə portala bildirib ki, Türkiyə rəsmiləri müharibə dövründə onun kənarlaşdırılmasını təşkil edib, Türkiyəyə apararaq generalı dindirib. Yalnız bundan sonra onun Rusiyaya qayıtmasına icazə verilib. Qeyd edək ki, N.Sadıkov 2021-ci ildə Azərbaycan ordusunun Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Sonradan DTX-də onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət təqibi başlanılıb, dəfələrlə müxtəlif məhkəmə proseslərində adı hallanıb. General sonuncu dəfə 2024-cü ilin payızında uzun fasilədən sonra Binə Atçılıq Mərkəzində yarış izləyərkən görüntülənib. "Middle East Eye"-nin xəbərindəki son cümlə ilə bağlı şübhələrim var... "DİA-AZ" qeyd edir ki, bunu isə sözgedən olaya reaksiyasında tanınmış jurnalist Aygün Muradaxnlı qeyd edib. “…müharibə günlərində Türkiyə hakimiyyəti onun deportasiyasını təşkil edib, dindirmək üçün Türkiyəyə aparıb və yalnız bundan sonra Rusiyaya qayıtmasına icazə verib”... siytatını diqqətə çatdıran jurnalist daha sonra bunları əlavə edib: "Necə yəni? Türkiyə Sadıkovu Azərbaycandan aparıb, dindirib, sonra Rusiyaya qaytarıb? Nəcməddin savaşdan sonra Azərbaycanda idi axı… Hətta adı avtoqəzada da hallanmışdı…" Geri qayıt |