Əsas Səhifə > Ana xəbər / Güney Press > Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini uddu
Vergi borcu olan şirkət icra hakimiyyətinin 430 min manatlıq tenderini udduBu gün, 07:01 |
Qusar Rayon İcra Hakimiyyəti Büdcədən kənar vəsaitləri hesabına Qusar şəhərində küçə və yolların əsaslı təmiri işlərinin satın alınması üzrə tender keçirib. 32gun.az xəbər verir ki, Tenderin qalibi “ANA-YOL” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında 430,719.85 AZN məbləğində müqavilə bağlanacağı gözlənilir. “32gun.az”-ın əldə etdiyi məlumata görə, qalib şirkətin 14,715.62 AZN məbləğində vergi borcu mövcuddur. Bildirək ki, alib şirkətin nizamnamə kapitalı cəmi 10 AZN-dir və qanuni təmsilçisi Ədalət Tariverdiyev Qeysəddin oğludur. Qeyd edək ki, Qusar Rayon İcra Hakimiyyətinin hazırkı başçısı Sahir Məmmədxanovdur. Geri qayıt |