Əsas Səhifə > Ana xəbər / Güney Press > Qarabağa daha 100 köçün ailəsi köçürüləcək
Qarabağa daha 100 köçün ailəsi köçürüləcəkDünən, 16:43 |
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən elan edilmiş tenderin nəticələri açıqlanıb. "DİA-AZ" xəbər verir ki, tender işğaldan azad olunmuş Xocalı rayonunun Ballıca kəndinə 100 məcburi köçkün ailəsinin köçürülməsi ilə bağlı prosesini yekunlaşdırıb.Tenderin qalibi “Navvab Services” MMC (VÖEN: 1307831851) olub. Qalib şirkətlə bağlanmış müqavilənin ümumi dəyəri 90 963 manat təşkil edir. Bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil). Qeyd edək ki, “Navvab Services” MMC 2022-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Mirhəşim Ağamirov İlqar oğludur. Hüquqi ünvanı AZ1009, Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan, ev 54 ünvanında yerləşir. Geri qayıt |