Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın “diplomatik marafonu”: Ağ Evdən çıxıb Makrona hesabat verdi
Paşinyanın “diplomatik marafonu”: Ağ Evdən çıxıb Makrona hesabat verdiDünən, 15:58 |
Ermənistanın baş naziri Nikol Paşinyan bu dəfə də telefonu əlinə alıb və Fransa prezidenti Emmanuel Makronla danışıb. Musavat.com xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinə görə, Paşinyan Makrona Ağ Evdə ABŞ prezidenti Donald Tramp və Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi danışıqların nəticələrini ətraflı təqdim edib. Görüşün gündəliyində yalnız TRIPP razılaşması yox, həm də MDB-nin ATƏT-in Müşahidə Qrupunun mexanizmlərinin ləğvi ilə bağlı birgə bəyanat yer alıb. Paşinyan fürsətdən istifadə edərək Makrona “davamlı dəstəyi üçün” təşəkkürünü də çatdırıb. Siyasi müşahidəçilər isə istehza ilə qeyd edirlər ki, Paşinyanın telefon diplomatiyası artıq “sabit xətt” rejiminə keçib — Ağ Evdəki görüşün təəssüratlarını kimə, necə çatdırmaq qalır, sadəcə, növbəti nömrəni yığmaq məsələsidir. Geri qayıt |