Əsas Səhifə > Ana xəbər / Güney Press > Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib?

Özünü model kimi təqdim edən "Ömrü Sultani -777" vətəndaşa qarşı dələduzluq edib?


Bu gün, 06:26

Özünü model kimi təqdim edərək diqqət mərkəzinə düşmək istəyən "Ömrü Sultani-777" ləqəbli Tünzalə Sultanovadan şikayət var. O, başqasının külli miqdarda vəsaitini mənimsəməkdə ittiham olunur. "Azərbaycan Reallığı"na müraciət edən şikayətçi A.Əzimov iddia edib ki, Tünzalə Sultanova borclu olduğu 10 min AZN -i qısa müddətdə geri qaytarmadığı təqdirdə ölümlə hədələndiyini bildirib.
Qeyd edib ki, Elnarə adlı xanıma verməli olduğu vəsaiti gecikdirəcəyi təqdirdə vəziyyəti çıxılmaz olacaq. Buna görə də 10 min AZN borc istəyən Tünzalə Sultanova əks halda olduqca çətin vəziyyətə düşəcəyini deyib. Şikayətçi tanışları vasitəsilə ona bir neçə gün ərzində qaytarılması şərti ilə 5400 AZN borc tapıb.
Ancaq model pulu nəinki dediyi vaxt geri qaytarmayıb, hətta onu hədələməyə başlayıb. Bu müddətdə tanışı ilə birgə xaricə istirahətə gedən model söz verdiyi müddətdə pulu geri ödəməyib. Şikayətçinin iddiasında bildirir:
"Hətta borcu istəyəndə qarşılığında maşınını girov qoymağı təklif etdi. İstədiyi vəsaitin bir hissəsini başqa şəxsdən alıb verdim və təbii ki, maşını girov qoymasına razılaşmadıq. Pulu qaytarmaq zamanı gələndə, daha bir neçə gün möhlət istədi. Möhlət müddəti bitəndən sonra isə mənə hədə-qorxu gəldi, Hara istəyirsən şikayət et, mən orda da işimi həll etdirəcəyəm", -dedi və bütün nömrələri blok etdi. Amma bütün yazışmalar məndə qalır, hətta ona pul üçün hədə-qorxu gələn xanımın da səslərini mənə göndərib".
Borcu aldığı şəxslərin qarşısında çətin vəziyyətə düşən şikayətçi borcun bir hissəsini üçüncü şəxsdən götürərək sahibinə qaytarıb. Üstəlik daha 1100 AZN ziyana düşüb. Amma model hələ də aldığı borcu geri qaytarmayıb: "Bu isə həm dələduzluq, həm də əsassız varlanmadır. Üstəlik məni də borcu geri istədiyim üçün hədələyir. Ümid edirəm ki, özünü "tanınmış model" kimi təqdim edən bu şəxslə bağlı araşdırma aparılsa, başqa məqamlar da üzə çıxa bilər".
Xatırladaq ki, şikayətçi Əzimov Amid məsələni hüquqi çərçivədə yoluna qoymaq üçün məhkəməyə müraciət edib. Şikayət 35-ci polis bölməsində araşdırmadadır.
Şikayət edən vətəndaş saytımız vasitəsilə Daxili İşlər Naziri Cənab Vilayət Eyvazova müraciət edərək ondan kömək istəyib:
"Hörmətli Cənab nazir, sizin təyinatından sonra ölkənin hüquq-mühafizə sistemində gördüyünüz işlərdən sonra ölkədə ədalət bərqarar olunur. Ədalətinizə sığınaraq xaiş edirəm, bu məsələnin həlli üçün müvafiq göstəriş verəsiniz və hüqu-mühafizə sistemini belə qulaqardına vuran bu adam haqqında müvafiq tədbir görəsiniz."


Geri qayıt