Əsas Səhifə > Ana xəbər / Güney Press > Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaq
Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaqBu gün, 03:48 |
"ABŞ Prezidenti tamamilə haqlıdır, Trampın “Beynəlxalq Sülh və Rifah Marşrutu” yeni əlaqələr və bağlar yaradacaq, divarları yıxacaq". Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidentinin vasitəçiliyi ilə Ermənistan Baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə bildirib. Prezident İlham Əliyev qeyd edib ki, bu təşəbbüs bir çox ölkələr üçün qarşılıqlı ünsiyyət, ticarət, sabitlik və investisiya imkanları açacaq: “SSRİ-nin süqutundan sonra Azərbaycan və Ermənistan eyni vaxtda müstəqillik qazandı. Lakin həmin vaxt biz artıq müharibə vəziyyətində idik və uzun illər itirdik. Bu gün isə tarixi gündür – biz sülhə nail oluruq. Prezident Tramp Cənubi Qafqaza sülh gətirir və buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistan və Azərbaycan cəsarətli və məsuliyyətli olacaq, barışı qoruyacaqlar. Biz münaqişə və qanlı müharibə səhifəsini bağlayacağıq. Mən çox şadam və bir daha regionumuz və dünya üçün gördüyünüz işlərə görə minnətdarlığımı bildirirəm".
Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, dövlət başçılarının Vaşinqtonda keçrdiyi görüşdə "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun" açılmasnı təsdiq etdilər.
Deputatın sözləeinə görə, əslində bu marşrut Azərbaycanın tələb etdiyi Zəngəzur dəhlizidir:
"Tələbimiz Naxçıvanla manesiz keçidin açılması idi. Tramp marşurutunda bu məsələ öz əksini tapır.
Tramp yolu həm də beynəlxalq logistik dəhliz olacaqdır. İlkin hesablamalara görə birinci mərhələdə bu dəhliz vasitəsilə 15 milyon tondan çox yüklərin daşınması nəzərdə tutulur. Tramp yolu böyük bir coğrafiya arasında ticari-iqtisadi əlaqələrin genişlənməsinə yeni imkanlar açacaq. Belə ki, bu, ilk növbədə Çindən Avropaya qədər uzanan Orta dəhlizin genişlənməsnə yol açacaqdır. Yəni Tramp yolu Qərb-Şərq nəqliyyat dəhlizin tərkib hissəsi olacaqdır. Qeyd etmək istəyirəm ki, bu marşrutun açılmasından regionun bütün ölkələri qazanacaq götürəcək. İlk növbədə Ermənistanın dünyaya qapıları, İranın isə Şərq-Qərb nəqliyyat dəhliznə çıxışı açılacaq. Fars körfəzindən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə yeni və daha rahat çıxıları meydana gələcəkdir. Rusiyanın Türkiyəyə Azərbaycan üzərindən quru yolu açılacaq".
Parlament üzvü vurğulayıb ki, ümumiyyətlə Trapm marşrutunun açılması regionda yeni nəqliyyat habının meydana gəlməsinə səbəb olacaq:
"Tramp marşrutu təkcə nəqliyyat daşımaları ilə kifayətlənməyəcək. Bu marşurut vasitəsilə enerji və rəqəmsal layihələr icra olunacağı planlaşdılır. Belə ki, Zəngəzur üzərindən yeni beynəlxalq neft-qaz kəmərlərnin və Yaşıl enerji dəhlizinin tikintisinin reallaşdırılması üçün imkanlar əmələ gələcək. Sonda qeyd edə bilərəm ki, Tramp yolu siyasi -iqtisadi baxımından geostrateji layihə olacaqdır. Bu yolun açılmasından bütün tərəflər qazanc götürəcək. Layihənin icrasında ABŞ-nin iştirakı prosesi sürətləndirəcək və yaxın zamanlarda dəhlizin açılışını reallaşdıracaq".
Geri qayıt |