Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyik
Azərbaycan vasitəsilə Rusiyaya çıxış əldə edəcəyikBu gün, 09:25 |
“Bu layihə ilə Ermənistan Rusiya ilə bizim 30 ildir olmayan dəmir yolu əlaqəsi əldə edəcək”. Teleqraf xəbər verir ki, avqustun 9-da Vaşinqtonda keçirdiyi mətbuat konfransında Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla kommunikasiya xətlərinin açılmasına dair imzalanmış sənədin Ermənistan-Rusiya münasibətlərində nəyi dəyişə biləcəyi sualına cavab verərkən belə deyib. “İrəvan Mərkəzi Asiyaya çıxış əldə edəcək, Çin regiona çıxış əldə edəcək. Belə bir fərziyyə var ki, hadisələrin bu cür inkişafı Rusiya və İranın maraqları üçün problemdir, amma gəlin buna başqa prizmadan baxaq - bu, ABŞ-Rusiya iqtisadi əməkdaşlığı üçün yaxşı fürsətə çevrilə bilər”, - Paşinyan bildirib. Geri qayıt |