Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Mədəniyyət Nazirliyinin Qarabağ Regional Mədəniyyət İdarəsi ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında imzalanıb. Müqavilənin şərtlərinə görə, Dövlət Agentliyi Füzuli rayon Muğam Mərkəzində 62,50 kv.metr sahədə yerləşmək, həmçinin inzibati binada kommunal xidmətlər, avadanlıq, inventar və digər vasitələrdən istifadə etmək üçün Qarabağ Regional Mədəniyyət İdarəsinə 7 ay üçün 3 min 982 manat 44 qəpik (ayda 569 manat) ödəyəcək. Qeyd edək ki, Horadiz şəhərində yerləşən Füzuli rayon Muğam Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Füzuli rayon Mədəniyyət evi də Muğam Mərkəzində yerləşir.
Geri qayıt
|