Əsas Səhifə > Ana xəbər / Güney Press > Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİ
Portalda nasazlıq 200 minə yaxın dəyəri olan tenderi LƏĞVƏ SÜRÜKLƏDİDünən, 11:37 |
“Bakı Konqres Mərkəzi” MMC-nin elan etdiyi tender ləğv edilib. "DİA-AZ" xəbər verir ki, ləğv edilmiş tender elektrik sistemləri üçün ehtiyat hissələrinin satın alınması məqsədilə elan edilmişdi. Tender nəzarət orqanının qərarı ilə ləğv olunub.Qeyd edək ki, tender 28 iyul 2025-ci il tarixində saat 10:58-də portalda dərc olunmuş, təkliflərin təqdim olunma və zərflərin açılış tarixi isə 18 avqust 2025-ci il saat 12:30 olaraq müəyyən edilmişdi. Tenderin ehtimal olunan qiyməti 191 525 manat təşkil edirdi. Ləğv edilmə səbəbi kimi portalda yaranmış nasazlıq göstərilib və tenderin düzgün yaradılmaması əsas gətirilib. Bu səbəbdən satınalma prosesi dayandırılıb. Geri qayıt |