Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir
Bakı sakini tikintidə çalışsa da, 1 ildən çoxdur pulunu ala bilmir31-07-2025, 06:11 |
Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsi, ev 9 ünvanında yaşayan İsmayılov Bəkir İsrafil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Emin Məmmədov adlı şəxs onu aldadaraq, pulunu mənimsəyib: "Mən, İsmayılov Bəkir İsrafil oğlu, yazaraq xahiş edirəm ki, problemimi işıqlandırasınız. Bildirim ki, 2024-cü il, iyun ayının 4-də Məmmədov Emin Rahil oğlundan iş təklifi aldım. 8 Noyabr prospektində binaların təmirində işə başladım. İşin sonunda payıma düşən 1950 manatdan mənə cəmi 500 manat pul verdi. Qalan hissəni isə vermədi. 1 ildir "pulunu verəcəm" deyir, amma vermir. O pul mənim halal əziyyətimin qarşılığıdır. Amma günü-günə sataraq vermir". Məsələ ilə bağlı Məmmədov Emin Rahil oğlu ilə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimiz cavabsız qaldı. Geri qayıt |