Əsas Səhifə > Ana xəbər / Güney Press > Əmrullayevin görəv başında 5 İLİ: BACARDIMI?

Əmrullayevin görəv başında 5 İLİ: BACARDIMI?


Dünən, 11:47

Təhsil eksperti, dosent İlham Əhmədov Emil Əmurullayevin nazir təyin edilməsinin 5 llinin tamam olması ilə bağlı öz "facebook" səhifəsindən yazı paylaşıb.

"DİA-AZ" "AzPolitika"ya istinadla həmin yazını təqdim edir: 

"Bu ərəfədə təhsil nazirinin təyinatının 5 ili tamamlandı. Bu 5 il təhsilimizə və elmimizə nəsə verdimi? 

TN-nin ETN olmasının da 3 ili tamamlandı. Elm və təhsil inteqrasiya edə bildimi? Elmdə inkişafyönlü tendensiyalar varmı?

Nazir ona olan çox böyük etimadı, dövlətin, ictimaiyyətin- xüsusən də alimlərin, müəllimlərin, valideynlərin ümidlərini doğrultdumu?

Bu 5 ildə yadda qalan hansı uğurlu layihəsi, ideyası, nəticəsi, sözü oldu? Nə kimi səhvləri oldu?

"Nailiyyətin əsasında, səhvlərdən nəticə çıxarmaq dayanır" kimi sözlər desə də, heç səhvlərini gördümü, nəticə çıxardımı, etiraf etdimi? Səhvləri KİV-də bəyan ediləndə, onları düzəltməyə cəhdlər etdimi?

Düzü bir çoxları kimi, o vaxt bizim üçün də, bu təyinat gözlənilməz olmuşdu.

Elm- təhsil camiəsində sözü, hər hansı nailiyyəti, xidməti, təcrübəsi, bilgisi, tədqiqatı olmayan, ictimaiyyətin yaxşı tanımadığı gənc məmurun belə mühüm, strateji, mürəkkəb, həm də dərin böhran içində olan bir sahəyə nazir təyin edilməsi bir çoxları üçün gözlənilməz idi. Bu təyinat həm də ona olan böyük etimad idi.

Düzü bu təyinatdan bir çoxları kimi, bizim də ciddi gözləntimiz yox idi. Ölkə təhsilinin gələcək aqibəti təxminən bəlli idi.

Təəssüf ki, bu pessimist gözlənti özünü doğrultdu.

Gənc nazirin təcrübəzisliyi, komandasının zəifliyi, bizi təhsilə dair məsləhət və monitorinq xarakterli məqalələr yazmaqla bu sahəyə dəstək verməyə sövq edirdi. Amma yazılan yüzlərlə məqalə sanki lazımsız və əbəs idi. Baxmayaraq ki, "islahat"çı komanda təhsil islahatlarının elmi təminatı haqqında da məlumatsız idi, heç bir strategiya, plan, ideyaları da yox idi.

Bu məqalələrdən nə vaxtsa, kimlərinsə faydalanacağına şübhəmiz yoxdur, amma əbəs yerə təhsil sisteminin itirdiyi bu illərə təəssüf edirik. Belə vaxt itkisini geri qaytarmaq mümkün deyil.

Nazir kimi fəaliyyətə başladığı günlərdə ilk sözlərindən biri "mənə problemlərdən danışın, problemlər qaldırın" olmuşdu. Təəssüf ki, bu söz də söz olaraq qaldı.

Təəssüf ki, "mənə problemlərdın danışın" deyənlər öz sözünə əməl etmədi, problemləri və verilən təklifləri eşitmədi. Təhsil isə əvvəlki illərdəki olduğu kimi çökməkdə davam etdi".


Geri qayıt