Əsas Səhifə > Ana xəbər / Güney Press > Bakıdakı RUS AGENTURASI
Bakıdakı RUS AGENTURASIBu gün, 06:37 |
Məlum olduğu kimi, iyulun 24-də Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiyanın baş naziri Mixail Mişustin sərəncam imzalayıb. "DİA-AZ" xəbər verir ki, “Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub. Qusmanın vəzifədən azad olunmasının pərdəarxası Sözügedən məqalədə bildirilib ki, Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb:
Məqalədə həmçinin Rusiya hakimiyyətində antiazərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub:
Azərbaycan dövləti ölkə ərazisində xarici təsir şəbəkələrinə qarşı ardıcıl mübarizə aparır. Qərb agentləri, İranın təsir şəbəkəsi – bunların hamısı ardıcıl olaraq ifşa edilib və məhv edilib.
Rusiya təsir şəbəkəsinin ifşası Məqalədə Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinin üzvlərinin adları da qeyd olunub: Son olaraq isə Azər Qasımov vəzifəsindən azad edildi. Son aylarda “Rus evi” və “Sputnik” kimi strukturların fəaliyyəti də ölkədə məhdudlaşdırılıb”. Məqalədən də göründüyü kimi, Moskvanın Azərbaycana qarşı tutduğu radikal mövqe heç də rəsmi Bakının Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı deyil. Kremli qəzəbləndirən əsas faktor Azərbaycanda Rusiya şəbəkəsinə qarşı görülən ardıcıl tədbirlərdir. Geri qayıt |