Əsas Səhifə > Ana xəbər / Güney Press > Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı...

Rusiya səfirliyimizin həndəvərini təsadüfən vurmadı...


Dünən, 05:32

Srağagün Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevdə Azərbaycan səfirliyinin ətrafı raket atəşinə tutulub.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirdi ki, belə bir hadisənin olması yanlışdır, olmamalı idi:

"Azərbaycan bu hadisədən ciddi narahatlıq keçirdi. Orada bizim əməkdaşlarımız işləyir. Vətəndaşlarımızın təhlükəsizliyi Azərbaycan üçün olduqca vacib bir məsələdir. Bu gün hər iki tərəf müharibənin nə qədər ağır nəticələrə gətirib çıxardığının fərqində olmalıdır. Hərbi əməliyyatlarda heç bir zaman, xüsusilə də mülki və diplomatik obyektlərə zərbələr endirilməməlidir. Bu məsələ əlbəttə araşdırılacaq, diplomatik alanda münasibət bildiriləcək".


Geri qayıt