Əsas Səhifə > Ana xəbər / Güney Press > Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır”
Türkiyə ilə münasibət “əgər” deyil, “nə vaxtdır”Bu gün, 09:07 |
Hesab edirik ki, Ermənistan-Türkiyə münasibətləri normallaşdırılmalı və sərhədlər tez bir zamanda açılmalıdır. Hazırda Türkiyə tərəfdən aramızda münasibətlərin normallaşması istiqamətində müsbət tendensiya var. Axar.az xəbər verir ki, bu sözləri Ermənistanın Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Mkrtçyan Yunanıstanın İctimai Radio və Televiziyasının (ERT) xəbərlər proqramına müsahibəsində deyib. O bildirib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması qaçılmazdır: “Söhbət Ermənistan-Türkiyə münasibətlərinin “əgər” yox, “nə vaxt” normallaşacağından gedir. Düşünürəm ki, bu, həm də Azərbaycanı Ermənistanla münasibətləri normallaşdırmağa sövq edəcək”. Geri qayıt |