Əsas Səhifə > Ana xəbər / Güney Press > Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir…

Katolikosun uzaqlaşdırılması “əməliyyatına” Arayik rəhbərlik edir…


Bu gün, 10:02

“Bütün ermənilərin katolikosunun postundan uzaqaşdırılması və onun yerinə yenisinin tapılması əməliyyatının məsuliyyəti hökumət aparatının üzərinə qoyulub. Hökumətdəki mənbələrimiz bildirir ki, əsas işi vəziyyətlə bağlı mütəmadi olaraq təqdim edən Baş Qərargah rəisi Arayik Arutyunyana aparır”.


Moderator.az xəbər verir ki, bunu “Johovurd” qəzeti yazır.
Erməni nəşri yazır ki, Paşinyan Arutyunyanın işindən o qədər də razı deyil, çünki patriarxın vəzifədən uzaqlaşdırılması üçün hələ ki, dəqiq addımlar atılmayıb: sadəcə olaraq, din xadimləri hakimiyyətə qarşı daha çox düşmənçilik edib.
“Din xadimləri arasında Arutyunyanın “Facebook-dakı son paylaşımı hiddətə səbəb olub.
“Hökumət qanadı da Arutyunyanın postunu düzgün hesab etməyib ki, bu da daxildə kilsə-hökumət münasibətlərini yumşaltmaq əvəzinə vəziyyəti daha da pisləşdirir. Hökumətdəki mənbələrimizə görə, Arutyunyan yeni katolikos seçmək və II Qaregini Ali Patriarxlıqdan “kənarlaşdırmaq” planlarında uğursuzluğa düçar olsa, Paşinyanın onu həmin vəzifədən uzaqlaşdıracağı istisna edilmir”.
Deməli, çox güman ki, yaxın vaxtlarda hakimiyyət daxilində ciddi inkişaflar gözlənilir”, -deyə erməni nəşri yazır.

Geri qayıt