Əsas Səhifə > Ana xəbər / Güney Press > İrəvanla Bakı arasında yekun anlaşma...
İrəvanla Bakı arasında yekun anlaşma...Bu gün, 07:38 |
ABŞ Prezidenti Donald Tramp Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağını bildirib. Trampın bu çıxışı ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, bunu dünyada hamı bilir. "Azərbaycandakı 10 milyon əhali də eyni şeyi deyir. Tramp da onlardan biridir. Artıq hər kəs bilir ki, sülh müqaviləsi masanın üzərindədir, imzaların atılması an məsələsidir. Bu məsələnin yaxın zamanda həll olunacağına dair gözləntilər artmaqdadır. Tərəflər arasında diplomatik təmaslar intensivləşib və bu prosesin uğurla yekunlaşacağı ümumi qənaət kimi formalaşıb", - deyə siyasi şərhçi qeyd etdi. Geri qayıt |