Əsas Səhifə > Ana xəbər / Güney Press > Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir

Cənubi Qafqazda dönüş nöqtəsi: Aİ Ermənistan–Azərbaycan sülhünü dəstəkləyir


Dünən, 15:44

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının rəhbəri Antoniu Koşta və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən Brüssel görüşü başa çatıb.

Musavat.com xəbər verir ki, görüşün əsas mövzusu Ermənistanın Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar olub.

Ursula fon der Lyayen çıxışında qeyd edib ki, mümkün sülh sazişi Cənubi Qafqaz üçün “dönüş nöqtəsi” olacaq və bu sənəd onilliklərdir davam edən düşmənçiliyə son qoya bilər. Avropa İttifaqı İrəvanın təşəbbüsü ilə irəli sürülən “Sülh kəsişməsi” layihəsini də dəstəklədiyini bəyan edib. Bu layihə regionun iqtisadi və siyasi əlaqələrinin bərpasına və barış prosesinə töhfə verməyi hədəfləyir.

Görüş zamanı aşağıdakı məsələlər üzrə razılaşmalar əldə olunub:

  • Ermənistan–Aİ arasında yeni siyasi tərəfdaşlıq gündəliyinin təsdiqlənməsi;

  • Ermənistan vətəndaşları üçün vizaların liberallaşdırılması istiqamətində irəliləyiş;

  • Sanksiyalara qarşı Ermənistanın gördüyü tədbirlərin dəstəklənməsi;

  • Təhlükəsizlik və müdafiə sahəsində Aİ–Ermənistan arasında məsləhətləşmələrin başlaması.

Bundan əlavə, Ursula fon der Lyayen açıqlayıb ki, Aİ “Global Gateway” strategiyası çərçivəsində Ermənistana 2,5 milyard avro məbləğində dəstək ayıracaq. Bu vəsaitin nəqliyyat, enerji, rəqəmsal infrastruktur və kiçik sahibkarlığın inkişafına yönəldilməsi planlaşdırılır.


Geri qayıt