Əsas Səhifə > Ana xəbər / Güney Press > Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıb
Aqrar Tədarük və Təchizatın rəhbərlərindən biri vəzifəsindən ayrılıbDünən, 17:42 |
Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqrar Tədarük və Təchizat” ASC-nin (ATT) İdarə Heyətinə yeni üzvlərindən biri vəzifəsindən ayrılıb. Banker.az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı nazirinin əmri ilə Samir Murquzov vəzifəsindən azad edilib. S.Murquzov 2022-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin bu qurumuna təyinat almışdı. O son bir ildə Aqil Quliyev vəzifəsindən azad edildikdən sonra onun vəzifəsini icra edirdi. Hazırda isə ATT-yə Elgün Məhəmmədəlizadə edir. Öncəki xəbərdə İdarə Heyətinə Faiq Hüseynov təyin edildiyi barədə yazmışdıq. Nizamnaməyə görə, “Aqrar Tədarük və Təchizat” İdarə Heyəti Cəmiyyətə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən ibarətdir. Geri qayıt |