Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın Zəngəzurla bağlı "qırmızı xətti" aradan qalxıb
İranın Zəngəzurla bağlı "qırmızı xətti" aradan qalxıbBu gün, 11:19 |
"Abu-Dabidəki görüşün təhlilinə dair bəzi ilkin nəticələrdən danışmaq olar. Faktiki paraflanmış çərçivə sülh sazişinin imzalanması Azərbaycan tərəfinin Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı irəli sürdüyü şərtin yerinə yetirilməsindən asılı olaraq qalır".
Bakupost.az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.
O qeyd edib ki, məlum olduğu kimi, kommunikasiyalar, o cümlədən Zəngəzur dəhlizi mövzusu çərçivə sülh sazişinin mətnindən çıxarılsa da, bu görüşdə əsas müzakirə mövzusu olub:
"Azərbaycan və Rusiya Federasiyası arasında gərginliyin səbəblərindən biri odur ki, Rusiya tərəfinin 10 noyabr 2020-ci il tarixli Bəyanatın 9-cu bəndinin icrasını təmin etmək imkanının olmaması və ya faktiki olaraq bunu istəməməsi fonunda həm Ermənistan, həm də Azərbaycan üçüncü tərəfin (ABŞ və ya Türkiyənin) təhlükəsizliyin təminatçısı kimi iştirakının mümkünlüyünü müzakirə etməyə razılaşıblar.
Güman edirəm ki, ABŞ-la İran arasında aparılan danışıqlarda İranının Zəngəzurla bağlı “qırmızı xətlər” mövzusu aradan qaldırılıb".
Sabiq nazir bildirib ki, bəzi şərhçilər bu görüşün Azərbaycan və Ermənistan başçılarının Rusiya Federasiyasının iştirakı olmadan keçirdiyi ilk görüş olduğunu iddia edərkən yanılırlar:
"Bununla belə, ehtimal etmək olar ki, bu, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti olmadan işləməsi məsələsinin müzakirə edildiyi ilk görüşlərdən biridir. Əgər mənim fərziyyələrim doğrudursa, bu görüşü ona görə tarixi adlandırmaq olar ki, Ermənistan-Azərbaycan münaqişəsi yenidən başladığı nöqtəyə qayıdıb. Bu gün az adam xatırlayır ki, ilk azərbaycanlı qaçqınlar 1987-ci ilin payızında Qafandan oldular oldu və erməni millətçilərinin hücumuna məruz qalan ilk rabitə xətti Azərbaycan Dəmir Yolları İdarəsinin Mehri hissəsi oldu".
Geri qayıt |