Əsas Səhifə > Ana xəbər / Güney Press > İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNUR
İlham İsmayıl və onun oğlu İTTİHAM OLUNURBu gün, 11:45 |
Sumqayıt şəhər sakini Emin Məmmədzadə avtomobil almaq istəyib, lakin bu istək baş tutmayıb, əvəzində isə 36 min dolları mənimsənilib. Pravda.az-a danışan E.Məmmədzadə bu işdə təhlükəsizlik üzrə ekspert Cavidan İsmayılzadənin adını hallandırır. “Əvvəlcə tanışım Samir İbadov vasitəsilə Orxan Şirəliyevlə adlı şəxslə tanış oldum. 2024-cü il 7 mart tarixində razılığa gəldik ki, mənə Almaniyadan 45 min dollar dəyərində “Land Rover Range Rover” markalı minik avtomobili gətirilsin. Bunun üçün məndən ilkin olaraq, 3700 manat, bir dəfə 20 min dollar, sonra 23 min dollar pul alıblar. Yalan danışdıqlarını anladım və israrlı tələblərimdən sonra Orxan Şirəliyevin atası Nazim Şirəliyev 30 min dolları qaytardı. Sonra Orxan Şirəliyev yeni maşın gətirildiyini dedi, gömrük rüsumu və digər ödənişlər adı ilə məndən 1000 dollar aldı. Maşınların Almaniyadan Cavidan İsmayılzadə tərəfindən göndərildiyini bildirdilər və pulun onda olduğunu dedilər. Cavidan İsmayılzadə isə pulu qaytara bilmədiyini, əvəzinə avtomobil göndərməyi təklif etdil. Bunun üçün məndən əlavə 20 min dollar istədi. Mən də 20 noyabr 2024-cü ildə Cavidanın atası İlham İsmayılla Nəsimi rayonunda yerləşən “Rahat” marketin qarşısında görüşdüm. İlham İsmayıl keçmiş MTN polkovniki və hazırda tanınmış ekspert olduğuna görə inanmışdım. Mənim yanımda Samir İbadov da var idi. İlham İsmayıl dedi ki, əvvəlki 16 min dollara da cavabdehdir, 20 min dolları da ver, maşın on beş günə gələcək. O, oğlu Cavidanla danışıb, pulu aldığını dedi. Lakin bu günə qədər nə 36 min dollarımı qaytarıblar, nə də maşını gətiriblər. Son aylar isə bütün danışıqlarda məsələni uzatmağa çalışaraq məni çətin duruma salıblar. İlham İsmayılın oğlu vaxtilə “İnterpol”da axtarışda olub. On beş aydır, məni aldadırlar. İş hazırda Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsində araşdırılır. Orxan Şirəliyevi bir gün saxladılar, sonra buraxdılar. Dedi ki, gedib pulu gətirim. İlham İsmayıldan da izahat aldılar. Guya yenə oğluna zəng etdi, oğlu dedi ki, üç-dörd günə həll edir. İlham İsmayıl demişdi ki, dost-tanışdan, qohumlardan pul alacaq. Üç həftə keçib. Heç kəsin həbs edilməsini istəmirəm, pulumu qaytarsınlar, ya da maşınımı versinlər”. DİN-in Mətbut Xidmətinin əməkdaşı Elbrus İbrahimov Pravda.az-ın sorğusuna cavab olaraq bildirib ki, vətəndaş Emin Məmmədzadənin müraciəti əsasında müvafiq polis orqanında təhqiqat araşdırması aparılır. Bir neçə gündür, Pravda.az-ın əməkdaşı İlham İsmayılla, eləcə də Orxan Şirəliyevlə əlaqə yaratmağa çalışsa da, onlara zəng çatmayıb. Geri qayıt |