Əsas Səhifə > Ana xəbər / Güney Press > İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavab
İranın Zəngəzur dəhlizi dərdi: Tehrandan Ərdoğana cavabBu gün, 10:54 |
Xəbər verildiyi kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Xankəndidə keçirilən İƏT-in iclasında Zəngəzur dəhlizi barədə danışıb. Tribunainfo.az xəbər verir ki, o, Ermənistanın əvvəlki dövrlərdən fərqli olaraq bu nəqliyyat dəhlizinə müsbət yanaşdığını qeyd edib. Ərdoğanın açıqlaması İrandakı bəzi dairələrin xoşuna gəlməyib. Belə ki, “Sepah Pasdaran” Telegram kanalı bu barədə yazıb ki, guya, Ərdoğan “illuziyalara qapılıb”: “Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfərindən sonra növbəti dəfə Zəngəzur dəhlizi ətrafında illüziyalar qurmağa başlayıb. Lakin o, aydın başa düşməlidir ki, əgər o, cənab Pezeşkianın hər hansı vədlərinə arxalanırsa və onlara əməl etmək niyyətindədirsə, dərin yanılır. Bu məsələ özəl və ya dövlət subyektlərinin yurisdiksiyasından kənardadır. O, birbaşa İranın ali milli maraqları ilə bağlıdır və Əli Xameneinin müstəsna yurisdiksiyasındadır”. Geri qayıt |