Əsas Səhifə > Ana xəbər / Güney Press > Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu...

Vəziyyətə nəzarət üçün hər şeyi etmək əmr olundu...


Dünən, 09:30

“Bu gün, iyulun 4-də Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin binasının qarşısında iş adamı Samvel Karapetyanın müdafiəsi üçün yürüş keçiriləcək“.
Moderator.az xəbər verir ki, tert.am-ın məlumatına görə, bunu "Johovurd” qəzeti yazır.
Nikol Paşinyan əməliyyat işlərinin aparılması və hər bir addımın idarəolunan olması barədə göstəriş verib. Mənbələrimiz bildirir ki, aksiyada çoxlu sayda insan iştirak edə bilər. Prosesin nəzarətdən çıxa bilər. Bütün bunların məsuliyyəti yerli hüquq-mühafizə sisteminin çiyinlərindədir ki, yürüşdən sonra vəziyyət nəzarətdən çıxmasın.
Çox adamın toplanacağına dair operativ məlumatlar əldə edilib ki, bu da narahatlığı artırıb. Paşinyan başa düşür ki, iş adamı-mesenatının tərəfdarları çoxdur, ona görə də o, komanda yoldaşlarına və hüquq-mühafizə orqanlarının əməkdaşlarına ayıq-sayıq olmaq barədə 1 nömrəli göstəriş verib. Eyni zamanda səhər baş prokurora parlamentə getməyi tapşırıb və həbslə bağlı vəsatət qaldıraraq, deputat Artur Sarkisyanı barmaqlıqlar arxasına salıb", - xəbərdə belə deyilir.

Geri qayıt