Əsas Səhifə > Ana xəbər / Güney Press > "Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır"
"Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır"Bu gün, 06:53 |
"Ümumiyyətlə, müstəqillik dövründə Azərbaycan Rusiyaya çox güzəştə gedib. Hətta burada nə qədər rus yaşayır və rus məktəbləri fəaliyyət göstərir". Bu fikirləri Redaktor.az-a iqtisadçı alim, istiqlalçı deputat Vahid Əhmədov bildirdi. "Amma onlar bunun əksinə təbliğat aparırlar. Mən bir neçə dəfə Milli Məclisdə dedim ki, niyə Azərbaycandakı rus məktəbləri pulsuzdur, amma ingilis məktəbləri pulludur? Əgər ruslar burada məktəb görmək istəyirlərsə, ödəniş olmalıdır. Ya rus məktəbləri yavaş-yavaş ləğv edilməlidir, ya da pullu olmalıdır. Amma təəssüf ki, bu məsələ hələ də qalıb, amma ciddi məsələdir. Orta Asiya dövlətlərində və digər bir çox yerlərdə rus məktəbləri ilə bağlı ciddi addımlar atılır. Bu məsələ də gündəmdə olmalıdır ki, yaddan çıxmasın", - deyə iqtisadçı alim qeyd etdi. Geri qayıt |