Əsas Səhifə > Ana xəbər / Güney Press > Belə marketinq olmur... belə reklam olmur!

Belə marketinq olmur... belə reklam olmur!


Bu gün, 09:39

Çox əsəbləşdiyim daha bir məsələni diqqətinizə çatdırım. Bu tikinti şirkətləri sosial mediada ev reklamları edərkən niyə qiymət yazmaqdan çəkinirlər? Ümumiyyətlə tək tikinti yox, bir çox sektorda var.
Təsəvvür elə, ev qiymətini öyrənmək üçün rəyə mütləq "+" qoymalısan. Yəni, bütün nəslin, dost-tanışın bilməlidir ki, sən artıq evlə maraqlanırsan və deməli pulun var. Çünki alqoritm rəy yazdığın paylaşımı digərlərinin qarşısına çıxarır. Buna görə kimsə səni talasa, şirkət buna cavab verəcək?
Dəhşətlisi odur ki, iş bununla bitmir. Üstəgəl qoyandan sonra sənə yazırlar, amma yenə qiyməti demirlər. Bu dəfə satış təmsilçisinin əlaqə saxlaması üçün nömrə istəyirlər. Niyə? Mən ümumiyyətlə sizin satış təmsilçisi ilə danışmaq istəmirəm axı. Bu zibil evin mənə kvadrat metrinin qiyməti lazımdır.
Nömrə verirsən, ehtiraslı səsli bir satış təmsilçisi zəng edir. Hal-əhval, iş-güc, hər şeyi soruşur və axırda deyir gəlin ofisə, sizə kömək edəcəyik. Məni niyə ofisə çağırırsan axı? Nə fikrin varsa, aç bunu telefonda mənə denən də. Bir qiymət öyrənmək niyə bu qədər çətin olsun axı.
Amma məsələ bununla da bitmir. Reklamda qoyulan qiyməti gedib ofisdə soruşanda deyirlər ki, o evdən cəmi 1 dənə qalıb. Tikintinin başa çatması isə 6 il sonraya planlanıb. Gəlin sizə onun yanında 445 qat baha qiymətinə bu evi təklif edək.
Belə marketinq olmur. Belə reklam olmur. Bu, reklam haqqından qanunun kobud və axmaq pozuntusudur. Bunu həll etmək lazımdır.
Fərid Pərdəşünas - "DİA-AZ"

Geri qayıt