Əsas Səhifə > Ana xəbər / Güney Press > Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olundu
Dövlət Xidmətinin 664 min manatlıq tenderləri ləğv olunduBu gün, 12:34 |
“Regional Su Meliorasiya Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən elan edilən üç ayrı satınalma müsabiqəsi ləğv olunub. FED.azxəbər verir ki, ləğv qərarı Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul olunub. Hər üç tender eyni səbəb – təklifi və təminatı təqdim edən, eyni zamanda lisenziyaya malik olan iştirakçıların sayının üçdən az olması (Qanunun 36.1.1-ci maddəsi) ilə dayandırılıb. Ləğv edilən tenderlərdən biri “Maye xlor reagentinin satın alınması” ilə bağlı olub. Satınalmanın ehtimal olunan dəyəri 299.130 AZN təşkil edirdi. Bu tender 17 aprel 2025-ci il saat 12:33-də elan olunmuş, təkliflərin qəbulu isə 8 may 2025-ci il saat 17:00-da başa çatmışdı. Zərflər də elə həmin gün açılmış, lakin iştirakçı sayı yetərli olmadığından prosedur dayandırılıb. İkinci ləğv edilən tender “Kürdəmir SMSİİ-nin Ərəbxana nasos stansiyalarında nasos, elektrik və mexaniki avadanlıqların əsaslı təmiri” işlərini əhatə edirdi. Layihənin ehtimal olunan dəyəri 150.000 AZN idi. Bu tender 13 iyun 2025-ci il saat 16:54-də elan olunmuşdu. Təkliflərin son təqdim tarixi və açılış vaxtı 20 iyun 2025-ci il saat 17:00 idi. Lakin iştirak şərtlərinə uyğun olan təchizatçı sayı bu müsabiqədə də üçdən az olub. Üçüncü tender “1 aqreqatlı Arayatılı-1 tərpənməz nasos stansiyasının əsaslı təmiri” ilə bağlı idi. Layihə üzrə ehtimal olunan xərc 215.000 AZN olaraq göstərilmişdi. Müsabiqə 21 may 2025-ci il saat 15:19-da dərc olunmuş, təkliflərin təqdim olunması və açılışı isə 18 iyun 2025-ci il saat 17:00-da baş tutmalı idi. Bu tender də eyni səbəbdən, yəni qəbul edilən təkliflərin sayının qanuni həddən az olması səbəbilə ləğv edilib. Ümumilikdə bu üç tenderin cəmi ehtimal olunan dəyəri 664.130 AZN təşkil edir. Geri qayıt |