Əsas Səhifə > Ana xəbər / Güney Press > Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir...
Azərbaycandan qaçdı... indi də Ermənistanda hakimiyyətə gəlmək istəyir...Dünən, 09:08 |
Azərbaycan ordusunun 2023-cü ilin sentyabrındakı bir sutkalıq lokal, amma möhtəşəm əməliyyatından sonra Qarabağdan naməlum şəraitdə Ermənistana qaça bilmiş separatçı-terrorçu rejimin keçmiş “müdafiə naziri” və qondarma "Vahid Vətən" partiyasına rəhbərlik edən terrorçu general Samvel Babayan hazırda İrəvanda Qarabağdan köçmüş erməni icmasının “müxtəlif nüfuzlu sektorların nümayəndələri ilə aktiv seçkiqabağı görüşlər keçirir. Ona yaxın mənbələrin bildirdiyinə görə, Babayan Paşinyana qarşı real müxalifət olmaq qərarına gəlib, çünki sonuncu onun irəli sürdüyü tələbləri yerinə yetirməyib".
Moderator.az xəbər verir ki, bunu "İravunk" qəzeti yazıb.
“Şayiələrə görə, “komandos”(S.Babayanın Qarabağda ləqəbi belə olub- S.L.) ayağa qalxaraq elan edib: “Cənab Nikol, oyun bitdi, indi sən məni izləməlisən”.
Deyirlər ki, sonuncunun bu qərarı onun ətrafında ciddi birlik yaradıb”, -deyə davamında erməni nəşri bildirib.
Geri qayıt |