Əsas Səhifə > Ana xəbər / Güney Press > Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda…
Əhalinin NƏZƏRİNƏ: binalarda belə yerlər qurulmalıdır, əks halda…Bu gün, 06:23 |
İsrail və İran arasında artan hərbi gərginlik fonunda mülki müdafiə məsələləri, xüsusilə yaşayış binalarında sığınacaqların mövcudluğu müzakirə obyektinə çevrilib. Bəzi ölkələrdə yeni tikilən hər bir binada mütləq sığınacaq sahəsi ayrılır. Azərbaycanda isə bu məsələnin necə tənzimləndiyi və praktiki olaraq tətbiq olunub-olunmadığı birmənalı deyil. Binaların layihələndirilməsi zamanı sığınacaq yerləri nəzərə alınırmı? Mövcud təhlükəsizlik baxımından belə obyektlərin tikilməsi nə dərəcədə zəruridir? Globalinfo.az-a danışan əmlak üzrə ekspert Anar Nəsirov deyib ki, Azərbaycanda bina layihələndirilməsi zamanı mövcud qanunvericilik və normativ sənədlərə əsasən sığınacaq yerlərinin nəzərdə tutulması mümkündür: “Xüsusilə çoxmərtəbəli yaşayış və ictimai binaların tikintisi zamanı fövqəladə hallar və müdafiə məqsədilə sığınacaqların olması müəyyən normativ tələblər çərçivəsində ola bilər. Lakin bu, bina növü, təyinatı və layihənin miqyasından asılı olaraq dəyişir. Dövlətin təsdiqlədiyi normativ aktlar və tikinti qaydaları bu sahədə konkret tələbləri müəyyən edir”. Ekspert bildirib ki, son 7-8 ildə inşa olunan binalarda, xüsusilə aşağı mərtəbələrdə avtomobil dayanacaqlarının salınmasına üstünlük verilir: “Bu sahələr bəzi hallarda sığınacaq kimi də istifadə oluna bilər. Belə ki, dayanacaqlarda su, elektrik enerjisi, bəzi hallarda isə havalandırma sistemləri mövcuddur. Bu da onları müasir standartlara uyğun potensial sığınacaqlara çevirir. Eyni zamanda, şəhərin müxtəlif yerlərində yerləşən yeraltı parkinqləri təhlükə zamanı müvəqqəti sığınacaq kimi istifadə etmək olar. Bunun üçün hər birində şərait yaradılıb. Köhnə binalarda isə belə imkanlar yoxdur. Əlavə olaraq, bir çox bina zirzəmiləri və avtomobil dayanacaqları sonradan ticarət obyektlərinə çevrilib”. Geri qayıt |