Əsas Səhifə > Ana xəbər / Güney Press > Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASI
Paşinyanın Türkiyə səfərinin PƏRDƏARXASIDünən, 13:38 |
“Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri regionda baş verən son proseslərin məntiqi davamı kimi qiymətləndirilir. Türkiyənin Cənubi Qafqazda getdikcə artan siyasi fəallığı, eləcə də Rusiyanın Ermənistana qarşı təzyiqləri fonunda bu səfər gözlənilən idi”. Bu fikirləriKONKRET.az-a açıqlamasında Yəhudi Media mərkəzinin politoloqu Rüstəm Tağızadə səsləndirib:
“Xüsusilə, Azərbaycanla Ermənistan arasında nəqliyyat bağlantılarının, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsi diqqət mərkəzində olub. Azərbaycan tərəfi dəhlizin açılmasına hər zaman maraq göstərib və bu istiqamətdə fəallığını davam etdirir.
Digər tərəfdən, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarından sonra Ermənistanla münasibətlərdə gərginlik müşahidə olunur. Kremlin İrəvana təzyiqləri, hətta Paşinyanın devrilməsi ilə bağlı iddialar fonunda, Ermənistan rəhbərliyi Türkiyə ilə yaxınlaşmağın yollarını axtarır. Bu isə Ankaranın bölgədəki təsirini daha da gücləndirir”.
“Azərbaycanın da mövqeyi bəllidir. Bakı regionda sabitliyin və iqtisadi inkişafın təmin olunması üçün kommunikasiyaların açılmasını vacib sayır.
Geri qayıt |