Əsas Səhifə > Ana xəbər / Güney Press > Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv?

Zəngəzur dəhlizi: fürsət pəncərəsi, yoxsa təhlükəli səhv?


Bu gün, 07:41

İsrail ilə İran arasında davam edən və nəticəsi proqnozlaşdırılmayan eskalasiya fonunda bəzi müşahidəçilər Ermənistan ərazisindən keçəcək Zəngəzur dəhlizinin açılması ilə bağlı ehtimalları dilə gətirirlər. Belə bir iddia var ki, hazırda İran öz daxili problemləri ilə kifayət qədər məşğuldur və buna görə də, əgər Azərbaycan təsadüfən zor gücü ilə dəhliz açmaq və Araz çayının şimal sahili boyunca dəmir yolu və avtomobil yolunu bərpa etmək istəsə, Tehranın buna ciddi reaksiya verəcək vəziyyəti olmayacaq.

Əlbəttə, belə bir addım beynəlxalq hüququn birbaşa pozuntusu, qonşu dövlətin suverenliyinə və ərazi bütövlüyünə qəsd kimi qiymətləndiriləcək. Lakin o da iddia olunur ki, Azərbaycan bu addımı atmazdan əvvəl Vaşinqton və Pekindən qeyri-rəsmi razılıq ala, nəticədə ağır beynəlxalq nəticələrdən yayına bilər.

Bəs bu ssenari nə dərəcədə real və mümkün görünür? Azərbaycan Naxçıvanla quru əlaqəyə üçün mütləq Ermənistan üzərindən keçən dəhlizə ehtiyac duyur, yoxsa Arazın cənub sahili ilə İranda ərazisində tikilən yeni yol kifayət edir? Bəlkə, bu dəhliz əslində Bakı-Tbilisi-Qars yolundan istifadə edə bilməyən Rusiya üçün daha vacibdir?

Pressklub.az-ın suallarına tanınmış ekspertlər cavab veriblər.

Siyasi şərhçi Fuad Ağayev bildirib ki, İran İsraildən müdafiə olunur və bu müdafiəni kifayət qədər effektiv həyata keçirir. Müəyyən çətinliklər də var. Amma bu, o demək deyil ki, Azərbaycan zorla Zəngəzur dəhlizini açmağa çalışacaq.

Mən belə bir hadisənin baş verəcəyini düşünmürəm. Guya Vaşinqton və Pekinlə gizli razılaşma məsələsinə gəlincə – bu da olduqca az ehtimal olunan haldır.
Dövlətlər arasında, Azərbaycanla Ermənistan arasında müəyyən razılaşmalar var. Hətta sülh müqaviləsinin layihəsi də masa üzərindədir. Belə şəraitdə hərbi əməliyyatlar həm real görünmür, həm də yumşaq desək, ölkəmiz üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.
Azərbaycan indiyə qədər heç vaxt təcavüzkar olmayıb, gələcəkdə də bu rolu oynamayacaq”, – hüquqşünas bildirib.

Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı eksperti Gela Vasadze isə ancaq faktlarla baxmağı tövsiyə edir:

Tutaq ki, Rusiya Dərbənddən Türkiyənin Qars şəhərinə yük göndərmək istəyir – bu zaman ona Zəngəzur dəhlizi lazımdırmı? Xeyr. Bakı–Tbilisi–Qars (BTK) marşrutu daha qısadır. Rusiya bu yoldan istifadə edə bilərmi? Bəli, əgər Türkiyə, Gürcüstan və Azərbaycan buna mane olmaq istəməsələr edə bilər.
Azərbaycanın iki hissəsi arasında quru əlaqəyə ehtiyacı varmı? Bəli, mütləqdir. Amma bu ehtiyac kritikdirmi? Xeyr.
Zor gücü ilə dəhliz açılarsa, onun statusu sadəcə işğal olunmuş ərazi olacaq”.

Ekspert oxucuların bəzi suallar üzərində düşünməsini və buna özlərinin cavab verməsini də istəyib.

Həqiqətənmi, ABŞ və Rusiya zor gücünə əsaslanan belə bir əməliyyata razılıq verərlər? Zor gücü ilə açılan Zəngəzur dəhlizizindən ilə nə qədər beynəlxalq yük daşınacaq? Dəhliz silah gücünə açılsa, ABŞ və Avropa İttifaqı sanksiyalar tətbiq edəcəklərmi? Azərbaycan bu dəhlizi indiki mərhələdə mütləq ələ keçirməlidirmi?

Sonda isə əsas iki sual – Əgər İranda vəziyyət pisləşməkdə davam etsə, Ermənistan hələ nə qədər Zəngəzur dəhlizini açmaqdan imtina edə bilər? Və hazırda Azərbaycana belə bir hərbi əməliyyat keçirməyi kimlər tövsiyə edir və bu kimə sərf edir?

Zəngəzur dəhlizi yalnız sülh yolu ilə açılacağı təqdirdə beynəlxalq logistika marşrutuna çevrilə bilər:

“Ermənistanla sərhədlər açılsa, Zəngəzur dəhlizi beynəlxalq marşrutun mühüm hissəsinə çevrilə bilər. Məhz o zaman İran yük maşınları Culfa vasitəsilə bu dəhlizdən keçə bilər. Bunun üçün məsələnin sülh yolu ilə həlli lazımdır və bunu Bakıda da, ümid edirəm ki, İrəvanda da yaxşı anlayırlar”, – Vasadze bildirib.


Geri qayıt