Əsas Səhifə > Ana xəbər / Güney Press > “Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilib
“Lukoil Azərbaycan”ın rəhbəri dəyişdirilibDünən, 15:14 |
Azərbaycanda neft məhsullarının pərakəndə satışı sahəsində fəaliyyət göstərən “Lukoil Azərbaycan” şirkətində rəhbərlik dəyişib. Banker.az-ın əldə etdiyi məlumata görə, şirkətə altı ildir rəhbərlik edən Zaur Cəlilov vəzifəsindən ayrılıb. Onu bu postda Rasim Əmiraslanov əvəzləyib. Zaur Cəlilov 2019-cu ildən şirkətin direktoru təyin edilmişdi. O, “Lukoil Azərbaycan”dan öncə “LUKOIL Italia S.r.l. (Roma)” şirkətində Kommersiya məsələləri üzrə menecer vəzifəsində işləyib. Buna qədər şirkətin direktoru vəzifəsində Eduard Muxametov Çulpanoviç, Şahin Əliyev Alcan oğlu və Aydar Abdullın rəhbərlik edib. Xatırladaq ki, “LUKOil Azərbaycan” Rusiyanın “LUKOil” şirkətinin Azərbaycandakı törəmə müəssisəsidir. “LUKOIL” Qrupu Azərbaycanın neft-qaz sektorunda 1994-cü ildən fəaliyyət göstərir və hazırda ölkə ərazisində iki törəmə müəssisə ilə təmsil olunur. Şirkət “Şah-Dəniz” və “Cənubi Qafqaz Boru Kəməri” layihələrində 10%-lik paya malikdir. Bundan başqa, şirkət neft məhsullarının pərakəndə satışı bazarında “LUKOİL” brendi altında fəaliyyət göstərir. Şirkət 7.73 milyon manat nizamnamə kapitalına malikdir. Geri qayıt |