Əsas Səhifə > Ana xəbər / Güney Press > Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaq
Nazirliyin qurumu “Boston Consulting Group”dan 2 milyon manata məsləhət alacaqBu gün, 10:20 |
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “The Boston Consulting Group İnternational, İnc” şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə 2 milyon manatlıq müqavilə bağlayıb. Banker.az xəbər verir ki, müqavilədə İnformasiya texnologiyaları sənayesinin ehtiyaclarına uyğun təhsil sahəsinin təkmilləşdirilməsi üzrə məsləhət nəzərdə tutulur. Müqavilənin ümumi məbləği isə 1 932 840 AZN təşkil edir. Xatırladaq ki, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi (TSİİ) 2008-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nəzdində yaradılmışdır. Geri qayıt |