Əsas Səhifə > Ana xəbər / Güney Press > BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat

BOKT “İnternational” ASC-nin İdarə Heyətinə təyinat


Bu gün, 11:45

BOKT “İnternational” ASC-nin İdarə Heyətinə yeni üzv seçilib.

Banker.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Məhin Abdullayeva Vaqif qızı İdarə Heyətinin üzvü seçilib.

O, 2021-ci ildən BOKT “İnternational”da çalışır.

Bununla da İdarə Heyəti sədrlə birlikdə üçə yüksəlib.

Xatırladaq ki, BOKT “İnternational” ASC 2013-cü ildə təsis edilib, 8 mln. manat nizamnamə kapitalı var. BOKT-nin səhmlərinin 100%-i Rifat Həsənova məxsudur.


Geri qayıt