Əsas Səhifə > Ana xəbər / Güney Press > Ermənistan hələ də Rusiyanın qucağından düşməyib
Ermənistan hələ də Rusiyanın qucağından düşməyibDünən, 07:09 |
Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi Şəhla Cəlilzadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Rusiya qarşıdakı dövrdə ABŞ-ın həm Ermənistanla, həm Azərbaycanla inkişaf edən münasibətləri ilə əlaqədar NATO təhdidini dilə gətirir. “Rusiya XİN sözçüsü Zaxarova həm Azərbaycana, həm Ermənistana NATO ilə münasibətlərdə ehtiyatlı olmağı “tövsiyyə edir”, NATO-nun mövcud olduğu ərazilərə sabitlik gətirmədiyini iddia etməklə bir növ xəbərdaredici təzyiq tonuyla danışır. Lakin, aydındır ki, Ermənistan nə qədər Qərbə yönəlmək istəsə də, Rusiyanın hərbi bazaları bu ölkə ərazisində qaldığı və Ermənistan iqtisadiyyatının bu qədər Rusiyaya bağlı olduğu müddətcə Ermənistan Qərblə inteqrasiyanı dərinləşdirə bilməz”-deyən politoloq qeyd edib ki, əks təqdirdə, seçki öncəsində dövr hadisələri “İrəvan Maydanı”na çevrilə bilər. Azərbaycan ilə bağlı politoloq qeyd edib ki, ölkəmiz balanslı siyasət ilə beynəlxalq arenada uğurlu diplomatik gedişlər edir, Rusiyanın diplomatik təzyiqlərinə və açıq bəyanatlarına baxmayaraq, onun işğalçı siyasətini tanımayaraq öz qəti mövqeyi ilə Rusiyanın neoimperial maraqları qarşısında heç zaman boyun əyməyəcəyini və siyasət ədəbinin zirvəsini nümayiş etdirir. Geri qayıt |