Əsas Səhifə > Ana xəbər / Güney Press > “Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...”

“Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi...”


Dünən, 11:15

“Putinin köməkçisi Medinskinin, artıq tarixə qovuşmuş Qarabağ məsələsi ilə Ukrayna savaşını eyniləşdirməsi rus və erməni məntiqinə görə başa düşüləndir. Rusiya bu gün Ukraynanı işğal etmək istədiyi kimi, ötən əsrin 90-cı illərində ermənilərə də Azərbaycan torpaqlarını ələ keçirtmişdi. Ermənilər də eynilə öz himayədarları olan ruslar kimi beynəlxalq hüququ tanımır və bizim torpaqlarımızda at oynadırdılar. Sözsüz ki, bunu rusların xeyir-duası və həvəsləndirməsi ilə bacarırdılar. Azərbaycan xalqı onların burnunu əzərək öz ərazilərini işğaldan azad etdi. Əsl burnu əzilən isə ermənilərdən çox ruslar oldu”.
Bu fikirləri Moderator.az-a açıqlamasında siyasi şərhçi Heydər Oğuz “Son həftəlr Rusiyanın sanki keçmiş Dağlıq Qarabağ ətrafındakı yenidən dirçəltmək istiqamətində apardığı siyasət və konkret Vladimir Putinin köməkçisi Vladimir Medinskinin Qarabağın guya “mübahisəli ərazi” olmasıyla bağlı son açıqlaması haqda nə düşünürsünüz?” sualını cavablandırarkən ifadə edib.
“Qarabağı işğal edən əslində ermənilər deyil, onların “xaç atası” idi. Ermənilər, sadəcə, “xaç ataları”nın savaş qəniməti hesab etdikləri ərazilərin müftə qulluqçuları, gözətçiləri missiyasını yerinə yetirirdi. Təsadüfi deyil ki, rəsmi Bakının apardığı qətiyyətli mübarizə nəticəsində ermənilər, başda Paşinyan olmaqla, Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etdi. Rusiya isə indiyədək bununla barışmır, Paşinyanı öz xalqına, əslində isə ağasına xəyanət etmiş nökər kimi qiymətləndirir və bütün gücü ilə onu yıxmağa çalışır. Məsələyə bu aspektdən baxanda Medinskinin niyə özgə maraqları üçün canfəşanlıq etdiyini anlamaq mümkündür. Həmin maraqlar əslində ermənilərin yox, Cənubi Qafqazı nəzarətində saxlamaq istəyən Rusiyanındır”, -deyə şərhçi vurğulayıb.

Geri qayıt