Əsas Səhifə > Ana xəbər / Güney Press > Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ
Əsgərlikdən yeni gəldi, dekan müavini TƏYİN EDİLDİ10-06-2025, 10:21 |
Bakı Ali Neft Məktəbinin (BANM) mühəndislik fakültəsinə yeni dekan müavini təyin edilib. Modern.az-ın məlumatına görə BANM-ın yeni dekan müavini Ramil Şükürov hərbi xidmətdən yeni qayıdıb. O bundan əvvəl də bir müddət universitetdə müəllim kimi fəaliyyət göstərib. R. Şükürov 2013-cü ildə DİM qəbul imtahanından 652 bal toplayaraq BANM-ın Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi ixtisasında bakalavr təhsili almaq hüququ qazanıb. 2018-ci ildə Ali Məktəbimizi fərqlənmə diplomu ilə bitirib və həmin ildə DİM-in imtahanından 150 üzərindən 140 bal toplayaraq BANM-in Texniki sistemlərdə informatika və idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almaq imkanı qazanıb. 2 illik magistr təhsilini də fərqlənmə diplomu ilə bitirib. Karyerasına magistr təhsili müddətində BANM-in Elektron tədris şöbəsində metodist vəzifəsində işə başlayıb. Daha sonra baş müəllim vəzifəsinə təyin edilib. 2019-cu ildə ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçirilən Beynəlxalq Astronavtika Konqresində iştirak edib. 2022-ci ildə “TEKNOFEST ” layihəsi çərçivəsində keçirilən “Həvəskar Peyk Modelləşdirilməsi” yarışında rəhbərlik etdiyi İstiqlal komandası 1-ci yerə layiq görülüb. Ramil Şükürov BANM-ın doktoranturasında təhsilini davam etdirir, yaxın zamanlarda elmi müdafiəsinə hazırlaşır. Hərbi xidmətdən sonra isə BANM-nin Mühəndislik fakültəsinin dekanlığına dekan müavini təyin olunub. Geri qayıt |